Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 24 sabit qanadlı pilotsuz uçan aparatı üç saat ərzində ölkənin üç rayonu üzərində məhv edib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, pilotsuz uçan aparatların zərbələri 17:00-20:00 arasında baş verib. Voronej vilayətində 1, Krımda 11, Belqorod vilayətində 12 PUA zərərsizləşdirilib.