Oktyabrın 5-də “Marina Bay” şəhər trasında “Formula-1” üzrə 2025-ci il mövsümünün 18-ci mərhələsi – Sinqapur Qran-prisi baş tutub.
İdman.biz xəbər verir ki, yarışın qalibi “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel olub.
İkinci yeri “Red Bull” sürücüsü Maks Ferstappen, "üçüncülüy"ü isə “McLaren”in nümayəndəsi Lando Norris tutub.
“Formula-1”
Sinqapur Qran-prisi
Əsas yarış
Corc Rassel (“Mercedes”) – 62 dövrə
Maks Ferstappen (“Red Bull”) +5.430
Lando Norris (“McLaren”) +6.066
Oskar Piastri (“McLaren”) +8.146
Andrea Kimi Antonelli (“Mercedes”) +33.681
Şarl Lekler (“Ferrari”) +45.996
Luis Hemilton (“Ferrari”) +1:20.251
Fernando Alonso (“Aston Martin”) +1:20.667
Oliver Berman (“Haas”) +1:33.527
Karlos Sains (“Williams”) +1 dövrə
Qeyd edək ki, Rassel bu mövsümdə ikinci qələbəsini qazanaraq “Mercedes”in konstrukturlar kubokunda mövqeyini gücləndirib.