EN

Ralli avtomobili azarkeşlərə çırpıldı: Ölən və yaralananlar var

Bolqarıstanın Varna şəhəri ətrafında keçirilən ralli yarışında idman avtomobili bir qrup tamaşaçıya çırpılıb.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı 60 yaşlı azarkeş həlak olub, səkkiz nəfər yaralanıb.

Qeyd olunur ki, ölənlərin sayı arta bilər.

Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil stasionar maneəni aşaraq tamaşaçılara çırpılıb.

Hadisədən sonra 34 avtomobilin iştirak etdiyi yarış dayandırılıb.

Chosen
28
1
avtosfer.az

3Sources