EN

Gürcüstanda iğtişaşların təşkilatçıları həbs edildi…


Gürcüstanda iğtişaşların təşkilatçıları saxlanıb. Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib ki, ictimai xadim Paata Burçuladze, keçmiş prokuror Murtaz Zodelava, "Milli Hərəkat" partiyasının üzvü İrakli Nadiradze, "Strategiya Ağmaşenebeli" partiyasının üzvü Paata Manjgaladze və polkovnik Laşa Beridze polis tərəfindən saxlanıb.

Onun sözlərinə görə, saxlanılanları doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Onlara Gürcüstanın konstitusiya quruluşunu zorakılıq yolu ilə dəyişməyə və ya dövlət çevrilişinə çağırış ittihamı irəli sürülür. Həmçinin, qrup halında zorakılığın təşkili, rəhbərlik və iştiraka görə də ittiham olunurlar. Cinayətlər doqquz ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Hüquq-mühafizə orqanlarının topladığı sübutlar və müxtəlif vasitələrlə yayılan video materialların araşdırılması nəticəsində müəyyən olunub ki, Azadlıq Meydanında keçirilən aksiya zamanı təşkilatçılar tərəfindən zorakı məzmunlu çağırışlar səsləndirilib. Belə çağırışlar cari ilin 4 oktyabrınadək də səsləndirilirdi.

“DİN aksiyanın iştirakçılarına dəfələrlə müraciət edib ki, toplaşma dinc olsun və qanunla müəyyən edilmiş çərçivələri aşmasın. Lakin aksiyada səslənən zorakı çağırışlardan sonra aksiyanın bir neçə iştirakçısı və təşkilatçısı Atonel küçəsində yerləşən prezident sarayının baryerlərini dağıdıblar və prezident sarayını ələ keçirməyə cəhd göstəriblər. İstintaq Cinayət Məcəlləsinin 317-ci, 322-ci, 222-ci, 225-ci və 187-ci maddələri ilə aparılır,” – deyə Daraxvelidze bildirib.

TAHİR

Chosen
55
34
baki-xeber.com

10Sources