EN

İran rialdan dörd sıfır siləcək

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran parlamenti milli valyutadan dörd sıfırın silinməsini və rial ilə onun alt vahidi kiranın istifadəsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qaynarinfo xəbər verir ki, İranın rəsmi xəbər agentliyinin məlumatına görə, parlamentin iclasında Konstitusiyanın Keşikçilər Şurasının sözügedən layihəyə dair iradları müzakirə olunub.

Səsvermədə iştirak edən 263 deputatdan 144-ü lehinə, 108-i əleyhinə səs verib, 3-ü isə bitərəf qalıb.

Qanuna əsasən, milli valyuta kimi rial müəyyən edilib və mövcud 10 min rial yeni valyuta ilə bir riala bərabər olacaq. Rialın alt vahidi kimi kiran (qəpik) qəbul edilib.

Yeni riala keçid dövrü maksimum 3 il davam edəcək. Bu müddət ərzində köhnə əsginas və sikkələr tədavüldən yığılacaq.

İranda uzun müddətdir müzakirə olunan sıfırların silinməsi tətbiqi ilə hesablamaların və maliyyə əməliyyatlarının sadələşdirilməsi məqsəd qoyulur.

İran parlamentində ümumilikdə 290 deputat fəaliyyət göstərir.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
10
qaynarinfo.az

10Sources