EN

Aktauda “TurkicSkills 2025” beynəlxalq peşəkar bacarıqlar çempionatı keçirilir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 5 oktyabr, AZƏRTAC

Aktauda “TurkicSkills 2025” ilk beynəlxalq peşəkar bacarıqlar çempionatının təntənəli açılış mərasimi olub.

AZƏRTAC Qazaxıstan Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, çempionatda türkdilli ölkələrdən tələbələr, gənc mütəxəssislər, ekspertlər, texniki və peşə təhsili sistemlərinin nümayəndələri iştirak edirlər.

Tədbirin əsas məqsədi texniki və peşə təhsili sahəsində qabaqcıl təcrübənin yayılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, gənclərin peşəkar potensialının artırılmasıdır.

Yarışlarda 70-dən çox tələbə və gənc mütəxəssis, eləcə də 90 ekspert iştirak edir. Çempionat mühəndislik, informasiya texnologiyaları, istehsal, robot texnikası və xidmət sahələrini əhatə edir.

“TurkicSkills 2025” oktyabrın 9-dək davam edəcək, qaliblər isə türk ölkələrinin ən yaxşı gənc mütəxəssisləri arasında yer alacaqlar.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
99
azertag.az

1Sources