Perunun And dağlarında yerləşən La-Rinkonada şəhərində hasil edilən qızıl qlobal tədarük zəncirlərinin bir hissəsini təşkil etsə də, bu proses yerli əhalinin həyatına ağır zərbə vurur.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, La-Rinkonada sakinləri ağciyər və sinir sistemi xəstəlikləri, iflic və ölümcül infeksiyalarla üzləşirlər.
Dəniz səviyyəsindən təxminən 5 min metr yüksəklikdə yerləşən La-Rinkonada planetin ən ucqar və ən yüksəkdəki yaşayış məntəqəsi hesab olunur. Mədən şəhəri "İblis cənnəti" adlandırılsa da, burada yaşayan insanlar üçün o çoxdan "canlı cəhənnəm"ə çevrilib.
Təxminən 50 min nəfərin yaşadığı şəhərdə orta ömür uzunluğu cəmi 30-35 ildir. Əhalinin çoxu yoxsulluq içindədir, gündəlik olaraq civə buxarlarını udur və ekoloji fəlakətin mərkəzində yaşayır.
Şəhərin içməli suyu isə qızılın təmizlənməsi zamanı istifadə edilən civə ilə çirklənmiş buzlaqlardan gəlir. La-Rinkonada həm də zibil və çirkab içində batmış vəziyyətdədir.
Musa
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.png)
.png)
.png)