İllinoys ştatının qubernatoru Robert Pritzker bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp ştata cinayətkarlıqla mübarizə üçün 300 Milli Qvardiya hərbçisini yerləşdirmək niyyətindədir.
Axar.az xəbər verir ki, bununla bağlı o X hesabında yazıb.
“Bu səhər Tramp administrasiyasının Müdafiə Nazirliyi mənə ultimatum verdi: “Qoşunlarınızı çağırın, yoxsa biz edəcəyik”. Yaxın saatlarda Tramp administrasiyası İllinoys ştatının Milli Qvardiyasının 300 əsgərini ştata yerləşdirməyi nəzərdən keçirir”, - o bildirib.
Qeyd edək ki, daha öncə Tramp açıqlamasında Milli Qvardiyanın hərbçilərini cinayətkarlığa qarşı mübarizə aparmaq məqsədilə İllinoys ştatının Çikaqo şəhərinə yerləşdirəcəyini bəyan edib.