Misli Premyer Liqasının VII turunda "Turan Tovuz" "Sumqayıt"a 0:3 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev mətbuat konfransında matçı şərh edib:

"Uşaqları təbrik etdim. Var qüvvələri və nizam intizam ilə mübarizə apardılar. Qələbəyə layiq idilər. Hələ ki, çox işlər görməliyik. Mövsüm yeni başlayıb. Bəli, biz hələ ki, birinciyik, lakin bu hələ hər şey demək deyil".