EN

Azərbaycanın dörd atıcısı III MDB Oyunlarının finalına yüksəldi

Azərbaycanın atıcılıq yığma komandası III MDB Oyunlarında uğurlu çıxışını davam etdirir.

90deqiqe.Az xəbər verir ki, yarışlarda ölkəmizi təmsil edən dörd atıcı final mərhələsinə vəsiqə qazanıb.

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma üzrə Ramiz Xəlilov həlledici raunda adlayıb. Bununla yanaşı, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında Azərbaycan təmsilçiləri Vladislav Kalmıkov, Leyli Əliyeva və Xanna Əliyeva da final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də yekunlaşacaq.

Chosen
31
90deqiqe.az

1Sources