EN

İsrail tərəfindən saxlanılan fəallar Türkiyəyə qayıdır

İsraildə saxlanılan “Sumud” donanmasının fəallarını daşıyan "Turkish Airlines"ın xüsusi reysi Türkiyəyə yola düşüb. 

News365.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Bildirilir ki, təyyarə yaxın saatlarda İstanbula çatacaq.  Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, təyyarədə ümumilikdə 137 fəal var. Onlardan 36-sı Türkiyə vətəndaşıdır. Digərləri isə ABŞ, BƏƏ, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya kimi ölkələrdən olan iştirakçılardır.

Son günlər “Sumud” adlı humanitar flotiliya ətrafında Şərqi Aralıq dənizində gərginlik artıb. İsrail Hərbi Dəniz Qüvvələri Qəzza sahillərinə istiqamətlənən bir neçə gəmiyə müdaxilə edib və onların “mövcud dəniz blokadasını pozduğunu” bəyan edib.  Təşkilatçılar isə bildirirlər ki, İsrail qüvvələri flotiliyanın gəmilərinə qarşı “aqressiv tədbirlər” həyata keçiriblər.  Flotiliyanın sonuncu gəmisi İsrail tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Qəzza istiqamətində hərəkətini davam etdirib, lakin beynəlxalq sularda saxlanılıb. Missiyanın iştirakçıları arasında bir çox ölkələrdən olan siyasi xadimlər və fəallar yer alır. Onlar aksiyanın tamamilə dinc və humanitar məqsəd daşıdığını vurğulayırlar.

Chosen
21
1
news365.az

2Sources