EN

Şkafı təmizləyirdi - 100 min dolları qazandı - FOTO

ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində yaşayan Alfreda Hokins gözlənilmədən böyük məbləğ qazanıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, evdə şkafı səliqəyə salarkən köhnə lotereya biletlərinə rast gəlib. Biletləri bir-bir yoxlayan Hokins onların arasında qalib gələnini tapıb və nəticədə 100 min dolların sahibi olub.

Daha sonra qadın xüsusi mərasimə dəvət olunub və orada onun adına 100 min dollarlıq nəhəng çek təqdim edilib.

Qalib açıqlamasında bildirib ki, hələ pulun xərclənməsi barədə dəqiq qərar verməyib. Onun sözlərinə görə, vəsaitin bir hissəsi ailə ehtiyaclarına, digər hissəsi isə istirahət və gəzintilərə sərf oluna bilər.

Hüseyn
Milli.Az

Chosen
21
milli.az

1Sources