"Təzəpir" məscidində keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi davam edir.
"Cebheinfo.az" “Yeni sabah”-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov mərasimə qatılıb.
Bundan başqa, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə naziri Teymur Musayev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ADA Universitetinin rektoru Hafiz Paşayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in rəhbəri Vüqar Qurbanov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və başqa rəsmilər vida mərasimində iştirak edib.
"Cebheinfo.az"