EN

İsrail Trampın planının dərhal icrasına başladığını elan etdi

HƏMAS sülh danışıqlarına hazır olduğunu bəyan etdikdən sonra İsrail ABŞ Prezidenti Donald Trampın Qəzzada girovları azad etmək planını dərhal həyata keçirməyə çalışır. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.

“HƏMAS-ın reaksiyası fonunda İsrail Trampın bütün girovları azad etmək planının birinci mərhələsini dərhal həyata keçirməyə hazırlaşır. Biz Prezident Trampın baxışlarına və İsrailin qeyd etdiyi prinsiplərə uyğun olaraq müharibəni bitirmək üçün prezident və onun komandası ilə tam əməkdaşlıq şəraitində işləməyə davam edəcəyik”, - bəyanatda deyilir.

Bundan başqa, İsrail mediası ölkənin siyasi eşelonun hərbçilərə Qəzzada hücum fəaliyyətini dayandırmağı tapşırdığını yazır.

Xatırladaq ki, bundan əvvəl ABŞ lideri Fələstinin HƏMAS qruplaşmasının sülhü bərqərar etməyə hazır olması səbəbindən İsraildən Qəzzanı bombalamağı dərhal dayandırmağı tələb etmişdi.

"Cebheinfo.az" 

Chosen
27
42
cebheinfo.az

10Sources