EN

Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarında finala yüksəlib

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə yarışın ilk yarımfinal qarşılaşması keçirilib. Yarımfinal oyununda Azərbaycan millisi Qazaxıstan komandası ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, Şəki şəhər stadionunda reallaşan oyunun start fitindən əvvəl Azərbaycan və Qazaxıstanın Dövlət himnləri səsləndirilib. Maraqlı keçən qarşılaşmada Azərbaycan komandası 5:1 hesabı ilə qalib gələrək III MDB Oyunlarının finalına yüksəlib.

Günün digər yarımfinal oyunu isə Qırğızıstan və Özbəkistan komandaları arasında olacaq.

Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Chosen
97
ikisahil.az

1Sources