İranda daha bir səs-küylü edam dalğası həyata keçirilib.
Musavat.com xəbər verir ki, ölkə hakimiyyəti İsraillə əməkdaşlıqda günahlandırılan altı nəfərin dar ağacından asıldığını açıqlayıb.
Məlumata görə, edam olunan şəxslər bir sıra terror aktlarında, o cümlədən dörd təhlükəsizlik əməkdaşının qətli və Xorrəmşəhr şəhərində törədilmiş partlayışda təqsirləndiriliblər. Onlardan biri — Bəhman Çubi-asl — İran rəsmiləri tərəfindən “ölkədəki ən önəmli İsrail casuslarından biri” adlandırılıb.
Son aylar Tehranın bu istiqamətdə addımları intensivləşib. Belə ki:
-
iyunda “Mossad”la əməkdaşlıqda və qətllərdə istifadə olunan avadanlığın qaçaqmalçılığında suçlanan üç nəfər edam olunub,
-
avqustda isə bir nəfər İranlı nüvə alimi barədə məlumat ötürməkdə günahlandırılaraq asılıb.
Beləliklə, yalnız son bir neçə ayda İsraillə əlaqədə suçlanaraq edam olunanların sayı 10-a çatıb.
Musavat.com