EN

“Təhsil millətin gələcəyidir!" - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Təhsil millətin gələcəyidir!” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA Mexanika və Riyaziyyat İnsitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “91-lər” dən, professor Şahlar Əsgərov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, AMEA Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Sənan Həsənov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri Fərhad Qaraşov, Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin direktoru Fuad Babayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, şəhid ailə üzvləri və Yasamal rayonununda fəaliyyət göstərən məktəb və liseylərin rəhbərləri, təhsil müəssisələrinin  müəllim kollektivi və tələbələr iştirak edib.

Tədbirdə əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü” ilə bağlı videoçarx nümayiş olunub.

Çıxışlarda qeyd olunub ki, Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə qayğıları, diqqətləri nəticəsində  təhsil ocaqlarında yaradılan şərait - müasir standartlara uyğun sinif otaqlarının və inzibati binaların istifadəyə verilməsi uğurlu gələcəyimizdən xəbər verir. İşğaldan azad olunmuş torpaqlarımızda da yeni təhsil ocaqlarının təməlinin qoyulması və istifadəyə verilməsi, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı xüsusi olaraq qürurverici olmaqla bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verir. Natiqlər 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara gələcək predaqoji fəaliyyətlərində uğurlar arzu ediblər.

Sonra bir qrup müəllim heyətinə fəxri fərman, təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Chosen
42
1
unikal.az

2Sources