EN

Ciddədə ilk Özbəkistan-Səudiyyə Qadın Sahibkarlar Forumu keçiriləcək

BAKI, 4 oktyabr. TELEQRAF

Ölkənin Baş Konsulluğunun dəstəyi ilə Özbəkistanın Ticarət və Sənaye Palatasının sədr müavini Nodira Şotursunova ilə Ciddə Ticarət və Sənaye Palatası sədrinin müşaviri Sultan əl-Həmid arasında onlayn görüş təşkil olunub.

Teleqraf xəbər verir ki, tərəflər bu ilin noyabrında Ciddədə keçirilməsi planlaşdırılan birinci Özbəkistan-Səudiyyə Ərəbistanı Qadın Sahibkarlar Forumunun yüksək səviyyədə təşkili məsələlərini müzakirə ediblər.

Sultan əl-Həmid Səudiyyə tərəfinin bu tədbirə hərtərəfli hazırlıq gördüyünü və forumun yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib.

Forumda hər iki ölkədən sənətkarlıq, geyim və tekstil, dizayn, moda, zərgərlik, mehmanxana və turizm biznesi, qida sənayesi və kulinariya sahələrində uğurlu iş qadınları bir araya gələcək.

Tədbirdə həmçinin işgüzar qadınlar arasında B2B dialoqu, ustad dərsi, milli və müasir geyimlərin nümayişi, iki ölkənin sahibkar xanımlarının istehsal etdiyi məhsulların sərgisi keçiriləcək.

Chosen
78
teleqraf.com

1Sources