Albaniya Superliqasında VI turun oyunları başlayıb.
İdmanxeber.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” doğma meydanda “Tirana” ilə qarşılaşıb.
Paytaxt derbisində meydan sahibləri rəqibinə 0:3 hesabı ilə uduzublar. Vüsal İsgəndərli bu görüşdə meydana çıxmayaraq oyunu ehtiyat oyunçular skamyasından izləyib.
“Partizani” 6 turdan sonra 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.