EN

Amorim Runi və Nevilin tənqidlərinə cavab verib

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim, keçmiş futbolçular Ueyn Runi və Qari Nevilin, portuqaliyalı mütəxəssisin komandadakı vəziyyəti dəyişə biləcəyinə şübhə ilə yanaşmalarına cavab verib. 

90deqiqe.Az xəbər verir ki, "The Mirror" çalışdırıcının dediklərini belə çatdırıb.

 "Bu normaldır, nəticələrə görə məsuliyyətdən qaça bilmərik, əlavə olaraq, ötən mövsümdən bəri davam edən problemlərimiz var.

Ötən mövsüm mənim üçün önəmli deyil, burada söhbət sistemdən gedir. Cari mövsümdə komanda 6 oyun keçirib və 3-də məğlub olub. "Arsenal"a məğlubiyyətimiz sistemlə əlaqədar idi?

Sizin işiniz öz fikrinizi bildirməkdir. "Siti" ilə oyunu izlədiyiniz zaman ilk növbədə nə düşündünüz? O an sistem haqqında düşünmədiyinizi düşünmürəm. Eynilə "Brentford" ilə oyunda da.

Bizim hansı şəkildə qol buraxmağımız və vəziyyətlər yaratmağımızın sistemlə heç bir əlaqəsi yoxdur, bu, mənim fikrimdir. Lakin deyirəm ki, bu komanda başqa sistemdə daha yaxşı oynayacaq"

Qeyd edək ki, hazırda "qırmızı şeytanlar" APL-də 7 xal toplayaraq, 6 turdan sonra 14-cü sırada qərarlaşıblar.

Chosen
57
90deqiqe.az

1Sources