EN

Oqtay Şirəliyev ağciyər xəstəliklərinə, xüsusilə vərəmlə mübarizəyə çox diqqət edirdi - Nadir Zeynalov

Bakı. Trend:

Oqtay Şirəliyev 16 il Səhiyyə sisteminin başında olub. Bu müddətərzində xeyli işlər görüb. O, həmçinin ağciyər xəstəliklərinə,xüsusilə vərəmlə mübarizəyə çox diqqət edirdi. Uzun müddət ÖlkəƏlaqələndirmə Komissiyasının da sədri olub.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə nazirinin müavini Nadir ZeynalovSəhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitututərəfindən təşkil edilən “Dünya ağciyər sağlamlığı günü”nə həsredilmiş Beynəlxalq elmi-praktiki konfransda deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ağciyərlər insan orqanizmindəhəyati vacib orqandır.

“Təmiz ağciyərlərlə yaşamaq daha uzun, sağlam ömür sürməyə imkanverir. İnsanları maarifləndirməliyik ki, ekoloji amillər, təmizhava ilə nəfəs almaq ağciyərlərin sağlamlığına təsir edir. Tütünağciyər xərçənginin bir nömrəli səbəbidir”.

N.Zeynalov İnhalasyon dərmanların hazırki qiymətlərini bahaolduğunu vurğulayıb. İnhalasyon dərmanları bir çox ağciyərxəstəliklərində istifadə olunur, lakin hazırda bir çoxubahadır.

“Bizim ölkəmizdə ağciyər sağlamlığı ilə bağlı işlər dövlətqurumları- səhiyyə ilə əlaqəsi olan-olmayan, vətəndaş instituları,hökümət və qeyri-hökümət təşkilatları tərəfindən aparılır”,-N.Zeynalov əlavə edib.

Məqalədə:
Chosen
33
az.trend.az

1Sources