EN

Türkmənistan Prezidentindən Ermənistanla bağlı qərar

BAKI, 4 oktyabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov səfirlərin vəzifədən azad edilməsi və təyin edilməsi haqqında fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə TDH məlumat yayıb.

Sərəncama əsasən, Orazmuhammet Çarıyev Səudiyyə Ərəbistanı, Bəhreyn, Fələstin, İordaniya, Oman, Misirdə səfir və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndə vəzifələrindən azad edilib.

Muhammətgəldi Ayazov Səudiyyə Ərəbistanına (Riyad) səfir təyin edilib. O, bundan əvvəl Ermənistan və Livandakı səfiri vəzifələrindən azad olunub.

Sərdarməmmət Qaracav BƏƏ, İraq və Küveytdəki səfiri vəzifələrindən azad edilib.

Bayram Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alıb və BƏƏ-də (Əbu-Dabi) səfir təyin olunub.

Chosen
28
1
teleqraf.com

2Sources