EN

Arda Gülerin transfer dəyəri açıqlandı

“Real Madrid”in futbolçusu Arda Gülerin transfer dəyəri 60 milyon avroya yüksəlib. Metbuat.az xəbər verir ki, o, “Yuventus”un ulduzu Kənan Yıldızı geridə qoyaraq, türk futbol tarixinin ən dəyərli oyunçusu olub. Türkiyə mediasının məlumatına görə, "Real"ın digər futbolçusu Franko Mastantuononun da dəyəri artaraq 50 milyon avroya çatıb. Braziliyalı Vinisius Juniorun qiyməti isə 200 milyondan 150 milyona düşüb.

“Barselona”da da Qavi zədəsi səbəbindən 60 milyondan 40 milyona geriləyib, Ferran Torres isə 50 milyona yüksəlib.

Chosen
30
6
metbuat.az

7Sources