EN

Rusiya sərhədi yaxınlığında NATO-nun quru qüvvələrinin qərargahı açıldı

Rusiyanın Sankt-Peterburq şəhərindən cəmi 300 kilometr məsafədə yerləşən Mikkelidə (Finlandiya) NATO-nun Şimali Avropa Quru Qoşunlarının qərargahı (MC LCC) açılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

"2023-cü ilin payızında NATO-ya üzv dövlət kimi qarşımıza qoyduğumuz ilk hədəf Finlandiyada NATO-nun mənzil-qərargahına tabe olan bir qərargahın yerləşdirilməsi idi. 2024-cü ilin iyun ayında NATO müdafiə nazirlərinin görüşündə məqsədimiz təsdiqləndi. İndi, bir il sonra, Finlandiyada qərargahı açırıq", - deyə ölkənin müdafiə naziri Antti Hyakkyanen bildirib.

 

Finlandiya Müdafiə Nazirliyinin bəyanatında, həmçinin qeyd olunub ki, qərargah MC LCC-nin fəaliyyətini planlaşdıracaq və əlaqələndirəcək. Normal şəraitdə qərargah NATO təlimləri və digər tədbirlərin keçirilməsinə cavabdeh olacaq, fövqəladə şəraitdə isə Uzaq Şimalda quru əməliyyatları və müdafiəni nəzarətdə saxlayacaq və planlaşdıracaq.

Chosen
6
2
senzor.az

10Sources