EN

Alonso Valverdenin oyuna çıxmaq istəməməsi barədə: “Belə şey olmayıb”

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Real”ın baş məşqçisi Xabi Alonso Federiko Valverdenin sağ cinah müdafiəçisi kimi oynamaqdan imtina etməsini təkzib edib.

İdman.biz xəbər verir ki, mətbuatda 27 yaşlı uruqvaylı yarımmüdafiəçinin sağ cinah müdafiəçisi kimi oynamaqdan imtina etdiyi üçün “Real Madrid”in Çempionlar Liqasında “Kayrat”la oyununda ehtiyat oyunçular skamyasında olduğu barədə məlumatlar yayılıb.

“Heç bir oyunçu - nə Federiko, nə Rodriqo, nə də Vinisius - mənə konkret mövqedə oynamaq istəmədiyini deməyib. Belə şey heç vaxt olmayıb. Hamısı oynamaq istəyir. Komanda üçün qərarları isə mən verirəm”, - Alonso deyib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
icma.az

2Sources