EN

Dünya okeanında tankerlərlə daşınan neftin həcmi son iki ilin ən yüksək səviyyəsinə çatıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Okeanda olan tankerlərdəki neftin həcmi iki ildən çox müddət ərzində maksimum səviyyəyə çatıb.
Oxu.Az bu barədə "İnterfax" agentliyinə istindən xəbər verir.
"Vortexa" şirkətinin məlumatına görə, hazırda dəniz tankerlərində təxminən 1.25 milyard barel neft daşınır ki, bu da 2023-cü ilin aprelindən bəri ən yüksək həcmdir.
Digər analitik şirkət "Kpler" isə bəyan edib ki, hazırkı göstərici 2023-cü ilin iyunundan bəri ən yüksək rəqəmdir.
"Bloomberg" agentliyi qeyd edir ki, bu, həm OPEC daxilində, həm də kartelin xaricində tədarüklərin artmasını əks etdirir.
Chosen
40
1
oxu.az

10Sources