EN

Kannavaronun Özbəkistan yığmasında alacağı məvacib açıqlandı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Özbəkistan yığmasının baş məşqçisi olmağa razılıq vermiş italiyalı mütəxəssis Fabio Kannavaronun məvacibi ildə 3.5-4 milyon avro təşkil edəcək.

Oxu.Az bu barədə "Sport-Express" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, bu məbləğə məşqçilər heyətinin xərcləri də daxildir. Məşqçilər heyətinə Kannavaronun 44 yaşlı qardaşı Paolonun daxil ola biləcəyi vurğulanır.

Qeyd edilir ki, 52 yaşlı məşqçi Özbəkistan Futbol Federasiyası ilə birillik müqavilə imzalayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
80
oxu.az

1Sources