EN

BMT kürsüsündə Azərbaycan həqiqətləri

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə proqramda Prezident İlham Əliyevin Nyu-York səfərİ, BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı, ABŞ, xüsusilə Donald Tramp ilə münasibətlərdə müşahidə olunan yaxınlaşma, region və beynəlxalq kontekstdə Azərbaycanın üzləşdiyi fürsət və risklər təhlil edilib.
Bildirilib ki, bütün bu hadisələr bir-biri ilə sıx bağlıdır. Azərbaycanın BMT tribunasından səsləndirdiyi mesajlar həm regional sülh prosesinə, həm də qlobal gündəliyə ünvanlanmışdı. Sülh təşəbbüsləri, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və çoxtərəfli əməkdaşlıq çağırışları Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir.
Qeyd olunub ki, Azərbaycan üçün fürsətlər kifayət qədər aydındır: enerji və nəqliyyat dəhlizlərinin genişlənməsi, "yaşıl enerji" layihələri, beynəlxalq investisiyaların cəlbi, həmçinin regionda sülhün möhkəmləndirilməsi. Bütün bunlar ölkəmizin strateji çəkisini artırır.
Vurğulanıb ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil, beynəlxalq sistemdə təşəbbüs göstərən, riskləri görən və fürsətləri dəyərləndirən bir aktordur. Bu mövqeni qorumaq üçün həm siyasi iradə, həm iqtisadi çeviklik, həm də diplomatik məharət tələb olunur. Beləliklə, Prezidentin Nyu-York səfəri bir daha göstərdi ki, Azərbaycan qlobal arenada öz sözünü deyən ölkədir.
Daha ətraflı Baku TV-nin reportajında:
Chosen
12
oxu.az

1Sources