EN

Fransa jurnalist PUA ilə öldürüldü

Fransa prezidenti Emmanuel Makron fransız fotojurnalist Antoni Lallikanın PUA tərəfindən öldürüldüyünü təsdiqləyib və başsağlığı verib.

News24.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb.

Həmyerlimiz, fotojurnalist Antoni Lallikan cəbhədə Ukrayna ordusunu müşayiət edib. Onun ölüm xəbərini dərin hüznlə öyrəndim", - deyə Makron qeyd edib. 

Qeyd edək ki, Lallikan Donetsk vilayətindəki Drujkivka yaxınlığında pilotsuz təyyarə ilə öldürülüb, onun “Kiyev Independent”dəki həmkarı Qrixori İvançenko isə yaralanıb.

Chosen
155
4
news24.az

5Sources