İsrailin Qəzzaya humanitar yardım aparan donanmaya müdaxilə etməsindən sonra İtaliyada etirazlar başlayıb.
AFN.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
"Böyük həmkarlar ittifaqlarının cümə günü donanma ilə həmrəylik üçün ümumi tətil çağırdığı İtaliyada nümayişlər böyük şəhərlərə yayıldı. Polisin məlumatına görə, təkcə Romada 10 min adam iştirak edib", - deyə hesabatda bildirilir.
Nümayişlər Berlin, Haaqa, Tunis, Braziliya, Buenos-Ayres, Sidney və İstanbulda da keçirilib. Telekanal qeyd edib ki, nümayişçilər işğala tamamilə son çağıran lövhələr götürərək İsrail səfirliyinə doğru yürüş ediblər.