EN

DTA Sım kəndinin turizm xəritəsini hazırlayıb

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu sözləri Lənkəran regional turizm idarəsinin rəisi İlqar Əzimov Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndində keçirilmiş mediaturda dilə gətirib. Bildirib ki, xəritədə kəndin əsas turizm obyektləri göstərilib. Onun verdiyi məlumata əsasən, xəritə-lövhə yerli və xarici turistlərin istiqamətləri rahatlıqla tapa bilmələri üçün kəndin mərkəzinə qoyulub. "Eyni zamanda, DTA tərəfindən kəndin daxilində də işarələnmələr aparılıb və bu proses davam etdirilir", – İlqar Əzimov deyib. Öz növbəsində, DTA-nın sədrinin müşaviri Kənan Quluzadə də xəritə haqqında ətraflı məlumat verərək, burada həm təbiət guşələrinin, o cümlədən kənd ərazisindəki 50-yə yaxın şəlalənin, həm də tarixi abidələrin (məsələn, Səfəvilər dövrünə aid dustaqxana) göstərildiyini vurğulayıb. Səbinə Həsənova

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
azvision.az

1Sources