EN

“Çelsi”də 7-8 futbolçu “Liverpul”la matçı buraxa bilər

“Çelsi” klubunun baş məşqçisi Enzo Mareska bildirib ki, komandanın 7-8 oyunçusu Premyer Liqanın VII turunda “Liverpul” ilə qarşılaşmanı buraxa bilər. 

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

"Kol Palmer hələ də zədəlidir, Trevo Çaloba isə cəzalıdır.Bu həftə Palmerin durumunu öyrənmək üçün görüş keçiriləcək və onun milli komandalar fasiləsindən sonra oyuna çıxıb-çıxa bilməyəcəyi müəyyən ediləcək"

Baş məşqçi gənc futbolçulara güvəndiyini vurğulayıb. Keçən mövsüm Coş Açimponq və Tyrique Corc kimi gənclərə əsas komandada şans verildiyini xatırladıb.

Hazırda “Çelsi”də 4-5 müdafiəçi zədəlidir və Mareska komandanın uyğunlaşdırılacağını və düzgün qərarlar verəcəyini qeyd edib.

Qeyd edək ki, oyun oktyabrın 4-də “Stamford Brici” stadionunda, Bakı vaxtı ilə 20:30-da başlayacaq.Altı turdan sonra Premyer Liqada “Liverpul” 15 xalla lider, “Çelsi” isə 8 xalla 8-ci pillədədir.

Chosen
55
50
90deqiqe.az

10Sources