EN

Bu şəxslərə 4 rayonda pulsuz evlər veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs 4 tender elan edib.

Əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 4 ədəd üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı mənzil, Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzil, Salyan rayonunda 9 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur.

Qurum həmin ailələrə verilməsi üçün mənzillərin satınalınmasına isə 4.4 milyon manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Chosen
8
2
azpost.info

3Sources