EN

Zirədə dramatik oyun, “İmişli” şansını əldən verdi

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib. Msport.az xəbər verir ki, turun ilk oyun günündə 2 matç baş tutub.

“Araz Naxçıvan” “Live Bona Dea Arena”da” “İmişli”ni qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.

Digər görüşdə isə “Zirə” doğma divarlar arasında “Neftçi” ilə üz-üzə gəlib. Bu matç dramatik sonluqla yadda qalıb.

“Neftçi” əvvəlcə hesabda geri düşsə də, 88-ci dəqiqədə önə keçib. Lakin 90+8-ci dəqiqədə “Zirə” VAR-ın müdaxiləsindən sonra penalti qazanaraq hesabı bərabərləşdirib və matçda yekun nəticəni müəyyənləşdirib.

Azərbaycan Premyer Liqası

7-ci tur

3 oktyabr

19:30. “Zirə” – “Neftçi” – 2:2 

Qol: Giorgi Papunaşvili27 (1:0), Pico, 66 (1:1),  Bassala Sambu, 88 (1:2), Ruan Renato, 90+8-pen. (2:2)

Qırmızı vərəqə: Qomis, 90+9 (“Zirə”)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Zirə İdman Kompleksinin stadionu

17:00. “Araz-Naxçıvan” – “İmişli” – 2:0 

Qol: Simakala, 32, Ülvi İsgəndərov, 90+3
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”

4 oktyabr

17:30. “Qarabağ” – “Kəpəz”

19:30. “Sumqayıt” – “Turan Tovuz”

5 oktyabr

15:00. “Karvan-Yevlax” – “Sabah”

17:30. “Qəbələ” – “Şamaxı”

Chosen
18
2
msport.az

10Sources