EN

Böyük Britaniyada matəm elan edilidi: nə baş verib?

Mançesterdə sinaqoq yaxınlığında baş verən terror aktından sonra Böyük Britaniyada matəm günü elan edilib.

Oktyabrın 2-də bir nəfər avtomobili camaatın üstünə sürüb, daha sonra bıçaqla onlara hücum edib. İki nəfər həlak olub.
Sky News-un məlumatına görə, İcmalar Palatasının spikeri Lindsi Hoyle cümə günü axşam saat 20:00-a qədər Böyük Britaniyanın bütün hökumət binalarında bayraqların yarıya qədər endirilməsini əmr edib.

Kanal həmçinin bildirib ki, baş nazir Keir Starmer və həyat yoldaşı hücum yerinə baş çəkib. Onlar Mançester polisi və yəhudi icmasının nümayəndələri ilə görüşüblər. Britaniya polisi bildirib ki, hücum edən şəxs Suriya əsilli Britaniya vətəndaşı, 35 yaşlı Cihad əl-Şami ola bilər. O, polis tərəfindən güllələnib.

//Samir Qurbanov, Editor.az

Chosen
41
editor.az

1Sources