EN

Donald Tramp HƏMAS-a sonuncu şans verdiyini açıqladı, əks təqdirdə…

ABŞ prezidenti Donald Tramp Fələstin HƏMAS hərəkatına İsraillə razılığa gəlmək üçün son şans verdiyini açıqlayıb.

O, son tarixi 5 oktyabr bazar günü, Vaşinqton vaxtı ilə saat 18:00-a təyin edib: “Yaxın Şərqdə bu və ya digər şəkildə sülh olacaq. Zorakılıq və qan axıdılması dayanacaq”, – deyə Tramp sosial media platforması TruthSocial-da yazıb.

Prezidentin sözlərinə görə, HƏMAS-ın 7 oktyabr İsraili işğalından bu yana 25 min “HƏMAS” üzvü öldürülüb, qalanları isə indi “tələyə salınıb”, onlarla ölüm arasında yalnız Ağ Evin komandası dayanıb.
Donald Tramp Qəzza şəhərində mülki əhalini potensial döyüş bölgəsini tərk etməyə və anklavın daha təhlükəsiz hissələrinə köçməyə çağırıb. “Sənədin (sülh müqaviləsi) təfərrüatları dünyaya məlumdur və bu, hamı üçün əladır”, – deyə prezident bildirib.

Bundan əvvəl Əmirliyin “The National” nəşri ərəb vasitəçilər arasında olan mənbələrə istinadən yazıb ki, HƏMAS Donald Trampın Qəzza münaqişəsinin həlli planından razı deyil. Nəticədə qrup sənədə İsrail tərəfi üçün qəbuledilməz üsullarla düzəlişlər etmək niyyətində olub.

Bunlara oktyabrın 7-də ələ keçirilən girovların eyni vaxtda deyil, mərhələli şəkildə azad edilməsi, silahların ərəb vasitəçilərinə verilməsi və İD qoşunlarının bütün Qəzza zolağından çıxarılması daxildir.

//Samir Qurbanov, Editor.az

Chosen
71
editor.az

1Sources