EN

Xətai rayonunda sakinlər TƏHLÜKƏDƏ - İt, ilan, tülkü...VİDEO

İt, ilan, tülkü... Eləcə də ağaclardakı bit-birə sakinləri təngə gətirib...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayonu, general Şıxlınski küçəsinin sakinləri sahibsiz itlərlə, eləcə də ilanlarla bağlı ciddi problem yaşadıqlarını deyirlər.

Sakinlər deyirlər ki, itlər bizi binanın girişində, bloklarda qarşılayır. Xüsusən də səhər tezdən, işə, bağçaya gedənlər bu vəziyyətlə tez-tez üzləşirlər.

Kadrlardan da göründüyü kimi, həyətdə çox sayda sahibsiz it var. Sakinlər hər gün qorxu-həyəcan yaşadıqlarını deyirlər.

Bəzi vətəndaşlar isə itlərin bu həyətdə toplaşmasına görə elə qonşuları günahlandırırlar. 

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin ərazidə ilanların, eləcə də tülkü balalarının olması ilə bağlı sakinlərdən yay aylarında müraciət daxil olub. Həmin vaxt məsələnin həlli üçün bir sıra tədbirlər görülüb. "Həm ilanlar, həm də sahibsiz itlərlə bağlı, yenə də aidiyyəti qurumlara müraciətimizi göndərəcəyik və məsələni nəzarətdə saxlayacağıq", -deyə İcra Hakimiyyətindən bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Chosen
169
1
xezerxeber.az

2Sources