Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtın Yasamal rayonu, Nazim Hikmət küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videoya çəkilib.
Avtosfer.az-ın məlumatına görə, 90-VC-584 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü yolboyu avtoxuliqanlıq edib. Kadrlardan göründüyü kimi, “sağ-sol” edən sürücü dairəyə yaxınlaşan zaman maşını təkərlərini yer səthindən qaldırıb və iki təkər üzərində maşını sürüb. Bununla kifayətlənməyən sürücü dostlarının təhriki ilə “şou”suna davam edib. Belə ki, o, öncə sağa, daha sonra sola sərt manevr edərək yenidən təkər qaldırıb.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.