EN

Premyer Liqa: “Araz-Naxçıvan” “İmişli”ni məğlub edərək liderliyə yüksəldi

BAKI, 3 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VII turunun ilk oyun günündə “Araz-Naxçıvan” və “İmişli” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Liv Bona De Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -2:0.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüşdə ilk qolu 33-cü dəqiqədə Ba-Muaka Simakala vurub. Görüşün 90+4-cü dəqiqəsində isə Ülvi İsgəndərov fərqi bir qədər artırıb.

Bu nəticədən sonra Elmar Baxşıyevin kollektivi xallarını 14-ə çatdıraraq turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Jorj Kaşkilyanın komandası isə 8 xalla turnir cədvəlinin 7-ci sırasında qərarlaşıb.

Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Zirə” doğma meydanda “Neftçi”ni sınağa çəkəcək. Zirə Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 19:30-da start götürəcək.

Chosen
8
2
teleqraf.com

3Sources