Bakı, 3 oktyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsində müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər bir araya gəlib. Bu müddət ərzində, həmçinin çoxtərkibli tədbirlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Davamlı Karyera Sərgisində COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib.
O deyib ki, bu sərgi gənclərin, o cümlədən tələbələrin davamlılıq problemlərinin öyrənilməsi istiqamətində olduqca uğurlu platformadır. “Düşünürəm ki, hər kəs bu karyera sərgisində öz hekayələrini paylaşaraq faydalanacaq”, - deyə L. Həsənova vurğulayıb.