EN

Qərb nə vaxtsa Rusiya ilə dialoqu bərpa edəcək

Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.

NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq Almaniyanın Qərbin gec-tez Rusiya ilə dialoqu bərpa etmək məcburiyyətində qalacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə “Stern” jurnalına verdiyi müsahibədə bildirib.

"Axı Rusiya yox olmayacaq. O, yenə də bizim qonşumuz olacaq", - NATO-nun keçmiş rəhbəri qeyd edib.

Eyni zamanda o, hazırda “mənalı dialoq üçün heç bir əsasın olmadığını” vurğulayıb. “Ancaq təbii ki, nə vaxtsa biz bunu bərpa etməli olacağıq”, - Stoltenberq əlavə edib.

O, həmçinin bəyan edib ki, “Ukrayna Rusiya ilə danışmalıdır ki, bu müharibəni razılığa gələrək bitirsin”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
operativmm.az

2Sources