EN

Deputat Türkiyəydə beynəlxalq konfransda iştirak edəcək

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov oktyabrın 6-da Türkiyənin İstanbul şəhərinə səfər edəcək.Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, deputat səfər çərçivəsində BMT-nin Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması” mövzusunda beynəlxalq konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının nümayəndə heyətinin tərkibində iştirak edəcək. 

Səfər oktyabrın 9-da başa çatacaq.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
2
modern.az

6Sources