EN

BOKT ın illik gəlirliliyi 18% olan istiqrazlarına 50 investor 50 sifariş təqdim etdi

ain.az, Marja.az saytına istinadən bildirir.

BOKT "International” ASC-nin AZ2039021020 ISIN kodlu 1 milyon manatlıq istiqrazların yerləşdirilməsi üzrə hərrac 03.10.2025-ci il tarixində yekunlaşıb.

Marja xəbər verir ki, illik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 50 investor 1 milyon manatlıq 50 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib. 

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "International" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2039021020

İstiqrazların növü və forması:  İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması:  Kütləvi / Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

İllik gəlirlilik faizi: 18%

Minimal qiymət:  100 (18.0000%) manat

Maksimal qiymət: 100 (18.0000%) manat

Kəsmə qiyməti: 100 (18.0000%) manat

Ortaçəkili qiyməti: 100 (18.0000%) manat

İstiqrazların reallaşdırılmış həcmi:  1 000 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat

İnvestor sayı:  50

Sifariş sayı:  50

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  3 il

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
1
marja.az

2Sources