EN

Sığorta sektorunun mənfəəti 80 mln. manatı ötüb

Sığorta sektoru bu ilin ilk yarısını 81 mln. manat xalis mənfəətlə bitirib.

"APA-Economics" bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, 2025-ci ilin I yarımilliyində sektor üzrə aktivlərin gəlirliliyi 7%, kapitalın gəlirliliyi isə 24.5% təşkil edib. Sektorun məcmu kapitalı tələb olunan kapitalı 1.6 dəfədən çox üstələməkdədir.

Chosen
105
1
apa.az

2Sources