EN

Tbilisi meri Gürcüstan müxalifətinə xəbərdarlıq etdi

“Gürcüstanda sərbəst toplaşmaq və ifadə azadlığı qorunur, hər kəs qanun çərçivəsində etiraz aksiyası keçirə bilər”.
Teleqraf xəbər verir ki, bunu oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər günü müxalifətin paytaxtda planlaşdırdığı etiraz aksiyası ilə bağlı Tbilisi meri Kaxa Kaladze deyib.

Həmçinin mer mitinqin sivil şəkildə keçirilməli olduğunu, zorakılıq və ya qanun pozuntusu baş verərsə, dövlətin buna cavab verəcəyini vurğulayıb.

Mitinq təşkilatçılarının mümkün təxribatları ilə bağlı iddiaya Kaxa Kaladze bildirib ki, dövlət təxribatlara və iğtişaşlara yol verməyəcək.

Tbilisi meri qeyd edib ki, bu gün hakim “Gürcü Arzusu” Partiyasının ciddi legitimliyi və dəstəyi var, müxalifət bununla barışmalı olacaq:

“Bugünkü vəziyyətdə “Gürcü Arzusu”nun legitimliyi və dəstəyi böyükdür, siz buna hələ uzun illər dözməli olacaqsınız. Sabah mitinqə nə qədər adam çıxsa da, saymayacağıq. Parlament seçkiləri zamanı gürcü xalqı agenturaya “yox” dedi, bu ölkənin ağası Gürcüstan xalqıdır”.
Chosen
22
2
sherg.az

3Sources