Azərbaycan I Liqasında 4-cü tur başa çatıb.
Offsideplus.az xəbər verir ki, qapanış matçında "Cəbrayıl" "Difai Ağsu"nu qəbul edib.
"Cəbrayıl" rəqibini böyükhesablı məğlubiyyətə uğradıb - 4:0. Onlar cari mövsümdə ilk qələbəsini qazanıb.
Sonuncu yerdən qurtulan komanda 3 xalla 7-ci yerə yüksəlib.
"Difai Ağsu" isə onların yerini tutub.
Çempionata 12 xalla "Şəfa" başçılıq edir. 10 xala malik "Səbail" ikincidir.