EN

III MDB Oyunları: Azərbaycan gimnastları sinxron proqramda iki bürünc medal qazandı

BAKI, 3 oktyabr. TELEQRAF

III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar davam edir.

Teleqraf xəbər verir ki, Azərbaycan gimnastları Selcan Mahsudova və Şəfiqə Hümbətova sinxron yarışda üçüncü olub.

Belarus birinci, Rusiya isə ikinci yeri tutub.

Bundan başqa, Maqsud Mahsudov və Hüseyn Abbasov oğlanların sinxron proqramında üçüncü olublar.

Qeyd edək ki, bununla da batut gimnastikası yarışlarına yekun vurulub. Azərbaycan gimnastları yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub.

Chosen
43
3
teleqraf.com

6Sources