EN

Qaz tarifləri ilə bağlı rəsmi açıqlama

"Tariflər hər zaman bazarın real vəziyyətini tam əks etdirmir".

Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev Bakıda keçirilən II Milli Rəqabət Forumunda "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" adlı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, liberal iqtisadiyyata keçid mərhələsində çevik qiymət siyasəti həyata keçirilir ki, bu da uzun müddət sabit tariflərə vərdiş etmiş biznes subyektləri üçün müəyyən uyğunlaşma dövrü tələb edir.

Təbriz Əmmayev qeyd edib ki, təbii inhisarçıların qarşısında duran əsas vəzifələrdən biri sosial öhdəliklərin icrası və ictimai maraqların qorunmasıdır.

O əlavə edib ki, sosial öhdəliklər təsərrüfat subyektlərinin real xərclərini artıra və onların investisiya imkanlarını məhdudlaşdıra bilər:

"Lakin biz sosial öhdəliklərə yalnız xərc kimi baxmırıq. Bu, ictimai etimadın formalaşması və ümumi maraqların qorunması baxımından mühüm bir zəncirdir".

Chosen
18
4
turkustan.az

7Sources