EN

ABŞ-də saxlanılan erməni bloqer Ermənistana ekstradisiya edilməyəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də saxlanılan qalmaqallı bloqer, DOK partiyasının qurucusu və keçmiş sədri Vardan Qukasyan Ermənistana ekstradisiya edilməyəcək.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, onun təsisçisi olduğu DOK partiyası bu barədə məhkəmə qərarını açıqlayıb.
Bildirilib ki, eyni zamanda, miqrasiya qanunvericiliyini pozduğuna görə bloqer məhkəmənin qərarı ilə ABŞ-ni tərk etməlidir.
Videobloqer Ermənistan hökuməti və müxalifətinin tanınmış simalarını hədəf alan "ifşa" paylaşımları ilə tanınır. O, Ermənistan hüquq-mühafizə orqanları tərəfindən hədə-qorxu ilə pul tələb etmə və digər cinayətlərlə bağlı bir sıra maddələr üzrə axtarışa verib.
Chosen
56
50
oxu.az

10Sources