EN

III MDB Oyunları: 1/4 finala adlayan Azərbaycan badmintonçuları müəyyənləşiblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



III MDB Oyunları çərçivəsində badminton yarışlarında 1/4 final mərhələsinə adlayan Azərbaycan təmsilçiləri müəyyənləşiblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub - 2:0.
Qadınların fərdi görüşündə isə Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovanı 2:0 hesabı ilə məğlub edib.
Qadınların qoşa yarışında da Azərbaycan Tacikistanı mübarizədən kənarlaşdırıb. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda, Sumaiyakhon Hasanova və Mohira Karimova cütünü məğlub edib - 2:0.
Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli və Aysel Kazımova cütü Qazaxıstandan olan Yerassil Akhmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.
Chosen
30
12
oxu.az

10Sources